Daha bir əsgər intihar edib

Martın 24-də Az Xüsusi Dövlət Baş Mühafizə İdarəsinin əsgəri özünü asaraq intihar edib.

Bakıda yerləşən XDBMİ-nin helikopter meydanında özünü asaraq intihar edən əsgər Səbayıl Rayonu Hərbi Komissarlığından həqiqi hərbi xidmətə çağırılan 19 yaşlı Məmmədov Məmmədağa Novruz oğludur. Bu barədə məlumatı musavat.com-a əsgərin yaxınları veriblər.
Əsgərin nə səbəbdən intihar etməsi isə hələlik bilinmir.
“Doktrina” Jurnalistlərin Hərbi Araşdırmalar Mərkəzinin məlumatına əsasən 2013-cü ilin geridə qalan dövründə Azərbaycan təhlükəsizlik və müdafiə sektorunun itkiləri 20 nəfər təşkil edib.

ötən il ölkədə təhlükəsizlik və müdafiə sektorunun itkiləri 97 nəfər təşkil edib. Bunun cəmi 16 nəfəri döyüş itkisi hesab olunur.

Keçən il Azərbaycan Ordusunu itkilərinin sayı Ermənistandan 2 dəfə çoxdur.
Azərbaycan Respublikasında əsgərlərin qeyri- döyüş .əraitində ölümlərinə qarşı dəfələrlər etiraz aksiyası keçirilib.

Exit mobile version