Tehranın cənubunda yerləşən Qum şəhərində Dini Elmlər Hövzəsi Suriyada Həzrət Zeynəbin (s.ə) pak ziyarətgahına qarşı terrorçuların hücumunu pisləyib.
Qum Dini Elmlər Hövzəsinin İslam Təbliğatı ofisi bazar günü bir bəyanat yayaraq Suriyada Həzrət Zeynəbin (s.ə) pak ziyarətgahına terrorçuların hücumunu pisləməklə yanaşı bildirib ki, müqəddəs məkanlara hörmətsizlik beynəlxalq zalım quruluşun böyük islami oyanış cərəyanı qarşısındakı acizliyinin nişanəsidir.
Bu bəyanatda bildirilir: Bütün dünya üçün aydındır ki, insan haqlarına zidd bu hərəkətlər insan haqlarını müdafiə etmək iddiasında olanların planı və himayəsi ilə və müsəlmanlar arasında məzhəb qarşıdurması və təfriqəçilik çərçivəsində həyata keçirilir.
Qum Dini Elmlər Hövzəsinin İslam Təbliğatı ofisini bəyanatında həmçinin bu hörmətsizliklər qarşısında dünyada islam ümməti və alimləri arasında vəhdət vurğulanıb.
Suriyada terrorçu qruplaşmalar cümə günü Həzrət Zeynəbin (s.ə) pak ziyarətgahını minomyotla hədəfə alıblar. Bu terror aktı nəticəsində bir neçə nəfər həlak olub və bir qrup da yaralanıb.