İranXƏBƏRLƏR

“Beynəlxalq təhlükəsizliyin zəmanəti atom silahlarının məhvindədir”

İran İslam Respublikasının BMT-dəki daimi nümayəndəsinin müavini Yaxın Şərq regionu və dünyanın atom silahlarından təmizlənməsi məqsədilə İranın Birləşmiş Millətlər Təşkilatı ilə əməkdaşlığa hazır olduğunu bildirib.

Qulamhüseyn Dehqani BMT-nin Tərksilah komissiyasının Nyu-Yorkda keçirilən iclasında Yaxın Şərq regionu və dünyanın atom silahlarından təmizlənməsi məqsədilə İranın BMT ilə əməkdaşlığa hazır olduğunu bildirərək deyib: İran bu sahədə beynəlxalq səviyyədə danışıqların keçirilməsini istəyir.

Dehqani sionist rejimin Yaxın Şərq regionunun atom silahlarından təmizlənməsi sahəsində maneələr yaratmasını tənqid edərək vurğulayıb: Dünya səviyyəsində bütün nüvə silah və sursatlarının məhv edilməsi bu təhdidin aradan qaldırılması üzrə yeganə yekun zəmanətdir.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu