AzərbaycanİranXƏBƏRLƏR

İran İslam Respublikasının Bakıdakı səfiri seçkilərdən danışdı

İran İslam Respublikasının Bakıdakı səfiri bu gün İranda prezident seçkiləri ilə əlaqədar Azərbaycanda yaşayan iranlıların seçkilərdəki iştirakından danışdı.

Möhsün Pakayin deyib: “Azərbaycan Respublikasında yaşayan iranlılar iki seçki məntəqəsində, Bakıda və Naxçıvanda yerli vaxtla səhər saat 8-dən, İran vaxtı ilə isə 7:30-dan etibarən seçkilərə qatılıblar. Necə ki, müşahidə edirsiniz seçkilərdə iştirak yüksək səviyyədədir. Seçkilərə hazırlıq işlərinə hələ bir neçə gün öncədən başlanmışdı. Seçkiləri təşkil edəcək icraçı heyət və seçkilərin gedişinə nəzarət edəcək Negəhban Şurasının müşahidəçi üzvü öncədən müəyyən edilmişdi. Lazımi ahəngdarlıqlar və mühafizə tədbirləri də həyata keçirilib. Bir neçə gün öncədən media vasitələri və səfirliyinin internet səhifəsi vasitəsilə seçkilərin gedişi haqda lazımı məlumatlar vaxtında insanların diqqətinə çatdırılıb. Əlhəmdülillah, bu gün iranlıların burda, seçkilərdə iştirakı bizim gözləntilərimizdən də yüksək səviyyədə olub və insanlar tərəfindən yaxşı qarşılanıb. Həqiqətdə, İslam İnqilabının Böyük Rəhbərinin göstərişləri və tövsiyələrinə əsasən insanlar bacardıqları qədər seçkilərin ilk saatlarında səsverməyə qatılmağa çalışıblar. İnsanlar kütləvi şəkildə bura gələrək, seçkilərdə iştirak edirlər. Yerli medialar da seçki məsələsinə xüsusi diqqət göstərirlər və müxtəlif media vasitələri bu gün səhərdən bura gəliblər və canlı olaraq yayımlar həyata keçiriblər, və qonşu, qardaş bir ölkədə iranlıların seçkilərdə necə böyük həvəslə iştirak etdiklərini müşahidə ediblər. Bu son dərəcə müsbət haldır və sübut edir ki, dünya ictimaiyyəti İranda seçkiləri diqqətlə izləyir və İran xalqının rəyinə önəm verir. Zira, bu rəy İranda dini demokratiyanın daha da möhkəmlənməsinə xidmət edir. “

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu