DünyaXƏBƏRLƏR

Seyid Nəsiminin məhkəməsində yalan şahid ifadələri

Dünən Bərdə rayon məhkəməsində inanclı seyid Nəsimi Həsənovun növbəti məhkəmə prosesində iki şahid dindirilib.

Birinci şahid polis çavuşu Zeynalov Vüsal olub. O çıxışı zamanı Nəsiminin 5 oktyabrda həbs olunduğunu bildirib. Vəkil isə, belə ifadə verən şahidə etiraz edərək Nəsimi Həsənovun 5 oktyabrda “hicab aksiyası”nda iştirak üçün Bakıda olduğunu və beləliklə şahidin yalan danışdığını hakimə bildirib.

Bunu görən polis deyib: “10 ay keçib, dəqiq vaxtını unutmuşam. Amma onu tutub polis idarəsinə gətirəndə onun arxa cibindən 23 büküm narkotik maddə çıxdı”.

Hakim şahid Zeynalov Vüsala “narkotiki kim çıxardı?” sualını verib.
O isə, “polis kapitanı Əsədov Elçin hal şahidlərinin iştirakı ilə çıxardı” deyib. “Sonra evinə getdik, onun maşınına baxış keçirəndə silah aşkarladıq” şahid olan polis çavuşu ifadəsini belə davam edib.

Hakim Nəsimi Həsənova “şahidə sözün varmı?” dedikdə, Nəsimi polisin gözünün içinə baxaraq “Allah səni hidayət etsin” deyib.

Sonra ikinci şahid polis kapitanı Əsədov Elçin məhkəmə zalına çağırılıb. O da, eyni ifadəni verdikdən sonra deyib ki, evdə azyaşlı uşaq və qadın olduğu üçün axtarış aparmayıblar. Bunu eşidən hakim “indi qadınlar həbsxanaya narkotik keçirirlər, bəlkə evdə pulemyot var idi” deyib. Bu söz zaldakı dindarları qəzəbləndirib və inanclılar etiraz ediblər.

İnanclılar dindarlara şər atanların tezliklə Allahın qəzəbinə gəlməsi üçün təkbir və salavat səsləndiriblər.

Havanın isti və günəşli olmasına baxmayaraq seyid Nəsiminin məhkəməsinə Bərdə və Tərtərdən çox sayda dindarlar gəlib.

Növbəti iclas 12 iyul saat 10:00-a təyin edilib.

Qeyd edək ki, Nəsimi Həsənov ötən ilin oktyabr ayında həbs edilib. Nəsimi özü hicab aksiyasında iştirak etdiyinə görə, şərləndiyini bildirir. Bərdə möminləri, hətta sadə insanları arasında seyid Nəsimi dindar və təqvalı mömin kimi tanınır.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu