İslami Müqavimət Hərəkatı (Həmas), hərəkətin hərbi qanadı İzzəddin Əl-Qəssam Briqadalarının Misirdə bir məhkəmə tərəfindən “terror təşkilatı” elan edilməsinin ardından Həmas ilə işğal rejimi arasında Misirin vasitəçiliyinin artıq qəbul edilməyəcəyi istiqamətində hər hansı bir şərhlərinin olmadığını bildirdi.
Həmas Hərəkatı spikerlərindən Sami Əbu Zuhri, mövzuyla əlaqədar etdiyi şərhdə, atəşkəsin qalıcı hala gəlməsi müzakirələrində işğal rejimiylə hərəkət arasında Misirin vasitəçilik etməsi mövzusunda Həmasdan hər hansı bir şərh edilmədiyini söylədi.
Əbu Zuhri, “Həmasın artıq Misiri işğal rejimiylə arasında vasitəçi olaraq qəbul etməyəcəyi istiqamətindəki xəbərlər əsassız” deyərək, Həmasdan Misir məhkəməsinin qərarının hüquqi deyil siyasi olduğunu ifadə edən şərhdən başqa hər hansı bir şərh edilmədiyinə diqqət çəkdi.
Fələstinli müqavimət qruplarıyla işğal rejimi, keçən il 26 Avqustda Misirin vasitəçiliyi 51 gün davam edən döyüşü sona çatdıracaq atəşkəs razılaşmasına imza atmışdı.
Qahirə Təcili İşlər Məhkəməsi, dünən aldığı qərarla Həmas Hərəkatının hərbi qanadı İzzəddin Əl-Qəssam Tugayları’nı “terror təşkilatı” elan etdi.