İran İslam Şurası Məclisinin sədri deyib: Xarici ölkələr yanlış təsəvvür etməsinlər ki, əgər İran müzakirə edirsə, onlar da qeyri-qanuni tələbləri üçün bəhanələr ardınca ola bilərlər.
Əli Laricani cümə axşamı günü xarici ölkələrə xəbərdarlıq edib ki, İranla müzakirədə aldatmaq üsulunu başlarından çıxarsınlar.
Suriya böhranının həlli ilə əlaqədar Cenevrə-2 beynəlxalq konfransının keçirilməsinə münasibət bildirən Laricani deyib: Qərblilər bu müzakirələrdə iştirak üçün İranın dəvət olunub-olunmaması barəsində manevrlər etməkdədirlər. Halbuki İran bu konfransda iştirak etmək üçün israrlı deyil. Çünki İran bu qənaətdədir ki, Suriyada törədilən məkrli plan bu müzakirə ilə həll olunmaz.
Laricani İranın regionun təhlükəsizliyindəki rolunu çox önəmli və təsiredici adlandırıb və əlavə edib: İran Suriya məsələsində hərbi seçimə qarşıdır.