Azərbaycan rəsmisi Avropa Birliyi və Minsk qrupunu tənqid etdi
Azərbaycan Respublikası Prezident Administrasiyası rəhbərinin müavini Bakıda keçirilən II Qlobal Açı Cəmiyyətlər Forumunun iclasında etdiyi çıxışında deyib: Dağlıq Qarabağ probleminin həll olunmaması Azərbaycan Respublikası üçün böyük problemlər yaratmışdır. Biz bu münaqişənin sülh və danışıqlar yolu ilə həll olunmasının tərəfdarıyıq.
Azərbaycan Respublikası Prezident Administrasiyasının beynəlxalq əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov deyib: Təəssüflər olsun ki, bu günə qədər Minsk qrupu, ondan da önəmlisi Avropa Birliyindən ədalətli bir mövqeyin nümayiş etdirildiyini müşahidə edə bilməmişik.
Novruz Məmmədov əlavə edib: Avropa Birliyi bizə təklif edirdi ki, assosiasiya sazişi imzalayaq. Halbuki bu sazişdən Azərbaycanın ərazi bütövlüyü çıxarılıb.
PA rəhbərinin müavini söyləyib: Ukrayna böhranı barəsində mart ayında ABŞ və Rusiya prezidentləri hərəsi bir saat müddətinə çıxış etdi. Bu çıxışlarda beynəlxalq hüquq və onun qorunması dəfələrlə vurğulandı. Amma Azərbaycanla bağlı, münaqişə ilə bağlı qərb və Avropa dövlətinin nümayəndəsi “Bu məsələs hüquq çərçivəsində həll olunmalıdır” ifadəsini işlətmir. Nə üçün belə ikili yanaşma olmalıdır?
Novruz Məmmədov əlavə edib: Azərbaycan bir gənc dövlət kimi ilk gündən Avropa istiqamətində seçimimizi müəyyənləşdirdiyimiz üçün düşünürük və bəzən tərəddüd edirik. Axı biz yolumuzu düzmü seçmişik? Nə üçün bizə layiq olduğumuz, hüququmuz olduğu ədalətli dəstək yoxdur? Bu məsələlər bizi çox düşündürür.
– See more at: http://azeri.sahartv.ir/news/az%C9%99rbaycan-r%C9%99smisi-avropa-birliyi-v%C9%99-minsk-qrupunu-t%C9%99nqid-etdi-23038#sthash.FtgGvAyK.dpuf
