Ali-Xəlifə rejimi qüvvələrinin dəfn mərasimində iştirak edənlərə hücumunda bir qrup Bəhreyn vətəndaşı yaralanıb.
Bəhreynin şimal-qərbində yerləşən Bəni Cəmrə məntəqəsində Ali-Xəlifə rejimi qüvvələrinin güclü təhlükəsizlik tədbirlərinə baxmayaraq, bu ölkə vətəndaşları çərşənbə günü bu ölkə qüvvələri tərəfindən qətlə yetirilən bəhreynli yeniyetmə Əli Xəlil əl-Səbbağın dəfn mərasimində iştirak ediblər. Lakin bəhreynli qüvvələr dəfn mərasimi iştirakçılarına hücum və gözyaşardıcı qaz və güllədən istifadə edərək bir neçə insanı yaralayıblar.
Dəfn mərasimində iştirak edənlər “Ali-Xəlifəyə ölüm” şüarı verərək Əli əl-Səbbağın dəfnini yerinə yetirib və Bəhreyn kralı Şeyx Həməd Bin İsa Ali-Xəlifənin cinayətkar olaraq mühakimə olunmasını istəyiblər.
Bəhreyn xalqı 2011-ci ildən dinc aksiyalar keçirərək öz qanuni hüquq və azadlıqlarını əldə etməyi və seçilmiş hökumətin təşkilini istəyir. Lakin Ali-Xəlifə rejimi etirazçı vətəndaşları repressiya, həbs və işgəncə edir.
