ABŞ-ın BMT-dəki sabiq nümayəndəsi, Cenevrə razılşamasını İran İslam Respublikası üçün mühüm və strategi bir müvəffəqiyyət adlanıdırb.
ABŞ-ın BM-dəki sabiq nümayəndəsi Cohn Bolton FokNyus Telekanalına verdiyi müsahibədə deyib: Cenevədə nüvə üzrə razılaşma, İran üçün mühüm nailiyyət hesab olur və bu razılaşma sanksiyaların psixi təsirlərini yox edib.
Bolton açıqlayıb: Cenevrə razılaşması İran əleyhinə tətbiq edilən sanksiyların strukturlarının haçalanmasına səbəb olub, bu məsələ isə iranlı tərəfin nişan aldığı əsas hədəfi sayılırdı.
ABŞ-ın BMT-dəki sabiq nümayəndəsi açıqlayıb: Sanksiyalar strukturlarının çat götürdüyü halda, öncəki vəziyyətə geri dönmək daha çətin olacaqdır zira Çin, Hindistan və Cənubi Koreya kimi ölkələr İrandan qanuni olaraq xam neft ixracatına başlayacaqlar.
İran prezidenti Həsən Ruhani bazar günü (24 noybar) Tehranda keçirdiyi mətbuat konfransında İranın nüvə məsələsi barədə 5+1 qrupu ilə əldə edilən razılaşmaya toxunaraq bildirib ki, İran ilə Altılıq qrupu arasında razılaşmanın imzalanması ilə sanksiyaların təşkilatı məğlubiyyətə uğramış olur.
İran və 5+1 qrupu Cenevrədə 4 gün sıx müzakirələrdən sonra nüvə razılıq əldə ediblər. İran ilə 5+1 qrupu arasında əldə edilən razılaşmaya əsasən, uranın zənginləşdirilməsi prosesi İran ərazisində davam etməlidir və sanksiyalar isə gücləndirilməməlidir.
