İrqçilik siyasəti yürüdən Bəhreyn rejimi ölkə şiələrin’ əlavə təzyiqlər göstərir.
Bəhreyn hakimiyyətinin siyasətlərini tənqid edən şiə mübarizlərə qarşı ədalətsiz həbs cəzaları təyin edilir.
Manamanın formal məhkəməsi çərşənbə günü ( 11 dekabr ) bu ölkənin etirazçı şiələrindən 12 nəfərini sakit xəlqi aksiyalarda iştirak etməsinə görə onlara 15 il həbs cəzası kəsib.
Ali-Xəlifə rejiminin məhkəməsi habelə sözügedən məhbuslar üçün bir milyon dollardan çox cərimə təyin edib.
Bu məhbusların vəkilləri , müttəhimlərə qarşı irəli sürülən ittihamları rədd edib və elan ediblər : Bəhreyn hakimiyyətini, müttəhimləri işgəncəyə məruz edərək onlardan etiraf alıblar.
2011-ci ildə Bəhreyn islami oyanış qiyamının başlandığı gündən Ali-Xəlifə rejiminin məhkəmələri bu ölkə vətəndaşlarından minlərlə nəfəri ağır cərimələr və uzunmüddətli həbslərlə məhkum edib.
Beynəlxalq Amnistiya Təşkilatının İnsan Haqları müşahidəçisi Bəhreyn hakimiyyətini tənqid edərək aksiyaçılara qarşı çıxarılan belə bir hökmləri ədalətsiz sayıb və müxalifətdə olan mübarizlərə verilən işgəncələr haqda konkret araşdırmaların aparılmasını istəyib.
Yaxın Şərq və Afrikanın şimal hövzəsinin beynəlxalq əfv işləri üzrə direktoru Filip Roter bəyan edib : Bəhreyn hakimiyyəti bu ölkə vətəndaşlarını terrorçuluq hərəkətlərində günahlandırmaqla ümumi məfkurəni aldatmaq istəyir.
BMT-nin İnsan Haqları üzrə ali komissarı ” Navi Pilay ” da Bəhreyn rejimindən istəyib ki , bu ölkə hakimiyyəti insan haqları o cümlədən söz azadlığı və sakit xəlqi aksiyaların təşkili ilə bağlı öhdəliklərinə sadiq qalsın.
Bu əsnada Bəhreyndən xaricdə yaşayan və müxalifətdə olan bu ölkə vətəndaşları da bəhreynli aksiyaçıları ” Təmərrud ” hərəkatının dekabrın 17-də təşkil ediləcək proqramlarında iştirak etmələrini istəyib.
Ali-Xəlifə rejimi təhlükəsizlik qüvvələrinin göstərdiyi təzyiqlərinə və siyasi mübarizlərin təhdid edilməsinə görə , xaricdə yaşamağı tərcih edən müxalifətdə olan qruplar çərşənbə axşamı günü gecə ( 10 dekabr ) bir bəyanat yayaraq , Ali-Xəlifə rejiminiد diktatorluğu qarşısında möhkəm dayanıb milli prinsiplərin üzərində dayanmanın vacibliyini vurğulayıblar.
Bundan öncə də Bəhreyn Təmərrud hərəkatı bir bəyanatda elan etmişdir : Bəhreyndəki hakim diktatorluğa verilən siyasi –hərbi-təhlükəsizlik dəstəklərin kəsildiyi təqdirində bu ölkədə diktatorluğun mənşəyi kəsilə bilər.
Əl-Vifaq Cəmiyyəti də Ali-Xəlifə rejiminin repressiya xarakterli siyasətləri barədə hazırladığı hesabatını təqdim edərək elan etmişdir : Ötən ay Bəhreyndə 83 nəfər o cümlədən , iki günahsız uşaq həbs edilibdir.
Əl-Vifaq internet saytı da bir məlumatda Ali-Xəlifə rejiminin siyasətlərini tənqid edərək yazıb : Ali-Xəlifə rejiminin qüvvələri noyabr ayında 120 dəfə aksiyaçıların üstünə hücum edib və onların mənzillərini dağıdıblar . Eyni zamanda 83 nəfəri həbs və 15 nəfəri isə işgəncə ediblər.
Bəhreyn İnsan Haqlarını Müdafiə Mərkəzi bu ölkə vətəndaşlarının geniş sakit xəlqi aksiyalarına işarə edərək qeyd edib : Ali-Xəlifə rejiminin təhlükəsizlik qüvvələri aksiyaçıların üstünə gözyaşardıcı və zəhərli qazlardan istifadə ediblər .
Həmçinin onların üstünə atəş açıblarki, nəticədə Bəhreyn vətəndaşlarından 33 nəfəri yaralanıb.