AsyaDünyaLivanXƏBƏRLƏR

Livandakı qarşıdurmalar səngimir

Livanın şimalında Tripoli şəhərində baş verən qarşıdurmalar iki nəfərin ölümü daha 8 nəfərin yaralanması ilə nəticələnib.

Livanın Əl-Nəşrə internet xəbər saytının yazdığına görə, bu ölkənin Tripoli şəhərində ” Babül-Təbanə ” və ” Cəbəl Möhsün ” bölgələrində üsyançı dəstələr arasında qarşıdurma baş verib.
Daxil olan məlumata əsasən, Cəbəl Möhsün bölgəsində yaşanan qarşıdurmalar xeyli şiddətli olub və bu məntəqədə istifadə edilən müxtəlif növlü silahların səsi yüksək olub.
Livan ordusu qüvvələrinin güclü təmərküzlərinə rəğmən Babül-Təbanə və Cəbəl Möhsün bölgələrində qeyri-sabit vəziyyət hakimdir və ordu müxtəlif yoxlama postları təşkil etməklə vəziyyəti öz nəzarəti altına almaq istəyir.
2011-ci ildə Suriyada iğtişaşçı dəstələrin sabitliyi pozmağa başladığı gündən Livanın Tripoli şəhəri Suriya hakimiyyətinin tərəfdarları ilə üsyançı dəstələrin arasında qarşıdurmaların şahidi olub.
Bu günə kimi bu qarşıdurmalarda çoxlu sayda adam həlak olub və yaralanıb .
Livan ordusu Tripoli şəhərində stabilliyin bərqərar edilməsi üçün mərkəzləşib və qarşıdurmaların genişləndirilməməsinə çalışır.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu