Site icon İslami Dəvət

Dimona meri Beni Biton: İranla Sionist rejim arasında qarşıdurma cümə günü yenidən başlaya bilər

Dimona meri Beni Biton: İranla Sionist rejim arasında qarşıdurma cümə günü yenidən başlaya bilər

Dimona meri Beni Biton İranla Sionist rejim arasında hərbi qarşıdurmanın yenidən başlaya biləcəyi barədə xəbərdarlıq edib. O, müxtəlif mənbələrdən əldə olunan məlumatların cümə günü mühüm və qəfil hadisələrin baş verə biləcəyini göstərdiyini bildirib.

SAMA-nın məlumatına görə, Biton Dimona bələdiyyəsinin fövqəladə vəziyyətə hazır olduğunu və ictimai sığınacaqları qısa müddətdə yenidən aça biləcəyini vurğulayıb.

Dimona merinin bu açıqlaması bəzi Qərb mediasının da gərginliyin artması və İranla Sionist rejim arasında birbaşa qarşıdurmanın yenidən başlaması ehtimalı ilə bağlı narahatlıqları gündəmə gətirdiyi bir vaxtda səslənib.

Exit mobile version