Dindar Elşad Rzayevə həbs verildi

Ötən ilin 5 oktyabr aksiyasında iştiraka görə hələ son günlərdə tutulan dindar Elşad Rzayev haqqında həbs qətimkan tədbiri seçilib.

Elşad Rzayev fevralın 23-də həbs edilib. Vəkil Anar Qasımlı fevralın 25-də dindarın məhkəməsinin keçirildiyini bildirib.
Elşad Rzayevin işinə Səbail Rayon Məhkəməsində baxıldı.
Hakim Nürəddin Bağırovun sədrliyi ilə keçən prosesdə dindar barəsində iki aylıq həbs qətimkan tədbiri seçilib.
Ötən il oktyabrın 5-i Bakıda, Təhsil Nazirliyinin binası qarşısında keçirilmiş “Hicaba azadlıq” aksiyasında polislə qarşıdurma olub. Elşad Rzayev hadisəyə görə həbs olunan 36-cı şəxsdir.
Bu gün vəkil Anar Qasımlı həmçinin bildirib ki, Fevralın 23-ü axşam saatlarında həbs olunan Elşad Rzayevə qarşı heç bir işgəncə yada fiziki zorakılıq olmayıb.
Nərimanov rayon məhkməsənin verdiyi 2 ay müddətinə həbs qəti imkan tədbiri seçilməsində dair qərardan sonra hələlik məhbus dindarı Nərimanov rayonunun müvəqqəti saxlama kameriasında saxlayırlar.

Exit mobile version