Dindara 10 il həbs cəzası istənildi

Azərbaycan Respublikasında həbs edilmiş dindar bloqer Rəşad Ramazanova prokuror 10 il həbs cəzası verilməsini istəyib!

Məhbus dindarın vəkili Azər Nağıyev bildirib ki, oktyabrın 30-da Bakı Ağır Cinayətlər Məhkəməsində dövlət ittihamçısının Rəşad Ramazanova 10 il həbs cəzası istəməsinin müqabilində müdafiə tərəfi də çıxış üçün vaxt istəyib. Hakim prosesi noyabrın 13-nə təyin edib.

Rəşad Ramazanov mayın 9-da ölkədə pozuntulara etiraz etdiyinə görə həbs edilib. O, Cinayət Məcəlləsinin 234.4.3 maddəsi ilə (qanunsuz olaraq külli miqdarda narkotik vasitələri saxlamaqda) ittiham edilir.

Exit mobile version