Son zamanlar ifşa edilən məxfi məlumatlara görə, ABŞ və İngiltərənin xüsusi xidmət orqanları insanların şəxsi məlumatları, elektron poçtları və internet fəaliyyətlərinə nüfuz edərək, internet təhlükəsizliklərinin təmin edildiyi barədə zəmanət almış şəxslərin məlumatlarını ələ keçirirlər.
İfşa edilmiş sənədlərdən aydın olur ki, internet şirkətlərinin öz müştərilərinə informasiyalarının qorunacağı barədə verdikləri təzminat asanlıqla görməməzliyə vurulur və bu informasiyalar casusluq orqanlarının ixtiyarına verilir.