Rəsmi məlumatlar İsveç paytaxtı Stokholmda etirazlar və qarşıdurmanın davam etməsi və onun Avropanın bu ölkəsinin digər iki şəhərinə sirayət etdiyini göstərir.
İsveç polisi bildirib ki, Stokholmun 160 km qərbində yerləşən Oerebro şəhərində etirazçılar bir məktəb və bir neçə avtomobili yandırıblar.
Etirazlar alovu həmçinin Stokholmun kənarında Sodertalje şəhərində bir yaşayış massivini yandırıb.
Stokholmun ətrafında əsasən miqrantların yaşadığı bir neçə məntəqə etirazlar və kobudluqlara şahid olmuşdur və bu etirazlarda bir neçə avtomobil yandırılıb.