Boliviya prezidenti İvo Murales cümə axşamı deyib: Lazım gələrsə ABŞ-ın Boliviyadakı səfirliyini bağlaya bilərik.
Murales bu sözləri onun təyyarəsini öz hava zonalarına buraxmasınlar deyə ABŞ-ın Avropa ölkələrinə təzyiq göstərməsinə etiraz olaraq deyib.
4 Avropa ölkəsi Moskvadan ölkəsinə geri dönən Muralesin təyyarəsinə, ABŞ-ın sifarişi əsasında öz hava zonalarına daxil olmaq icazəsi verməyiblər. ABŞ bu ölkənin Milli Təhlükəsizlik Təşkilatının öz vətəndaşları və digər ölkələrə qarşı casusluq proqramını ifşa etmiş Evard Snovdenin Boliviya prezidentinin təyyarəsində ola biləcəyini bəhanə edərək, Avropa ölkələrinə təzyiq göstərmişdi ki, İvo Muralesin təyyarəsinə giriş icazəsi verməsinlər.
Murales Kuşabambada Boliviyanın ənənəvi dostlarının onu himayə məqsədilə təşkil etdikləri toplantıda deyib: Biz məsələni araşdıracağıq və lazım gələrsə ABŞ-ın Lapazdakı səfirliyini bağlayacağıq. Bizim ABŞ səfirliyinə ehtiyacımız yoxdur. Biz Amerikasız demokratiya və siyasi baxımdan daha yaxşı hissə malikik.
Murales 2008-ci ildə ABŞ-ın Boliviyadakı səfirini ölkədən ixrac edib. 2009-cu ildə də ABŞ-ın Narkotiklərlə Mübarizə Müəssisəsini Boliviyanın siyasi işlərinə müdaxilədə ittiham edərək, ölkədən qovub. Hal hazırda ABŞ-ın Lapazdakı səfirliyi müvəqqəti işlər vəkili səviyyəsində idarə olunur.