Qəzzə zolağı sakinləri aksiya keçirərək Suriya xalqı və hökumətini dəstəklədiklərini bildiriblər.
Qəzzə zolağının cənubunda Xan Yunus şəhəri sakinləri aksiya keçirərək əcnəbilərin fitnələri qarşısında Suriya xalqı və hökumətini dəstəklədiklərini bildirib və sionist İsrail rejiminin Dəməşqə son hücumunu pisləyiblər.
Fələstinin Azadlığı Uğrunda Xalq Cəbhəsinin dəvəti ilə keçirilən bu aksiyada iştirakçılar Suriya bayrağı və Livan Hizbullahının baş katibi Seyid Həsən Nəsrullahın şəkillərini tutub və Suriya böhranı və İsrail rejiminin Dəməşqə qarşı düşmənçilik hərəkətləri qarşısında Ərəb Liqasının mövqeyini tənqid ediblər.
Aksiyaçılar Ərəb Liqasından İsrail rejimi qırıcı təyyarələrinin Suriyaya hücumu qarşısında vahid mövqe tutmasını istəyiblər.
Aksiyaçılar həmçinin Beynəlxalq Müsəlman Alimlər Birliyinin sədri Şeyx Yusif əl-Qərzavinin mövqelərini tənqid edərək Fələstin və Qüdsdə cihad fitvalarının verilməsini istəyiblər.