İran İslam İnqilabı Keşikçiləri Korpusu-Sepah-ın komandanı ABŞ dövlət katibinin son təhdidlərinə reaksiya olaraq Con Kerriyə xitabən deyib: Əgər siz hərbi və təhlükəsizlik məsələləri barədə anlayışa malik deyilsinizsə, öz təcrübəli mütəxəssislərinizdən soruşun ki, Amerika həqiqətən İrana qarşı hərbi seçimdən istifadəyə qadirdir yoxsa yox?
Generalı Məhəmməd Əli Cəfəri İmam Hüseyn(ə) Universitetinə baxış keçirdiyi zaman Con Kerrinin İrana qarşı hərbi seçimdən istifadə ehtimalı barədəki son təhdidlərinə reaksiya olaraq deyib: Cənab Kerri! Bunu bilin ki, ABŞ ilə birbaşa döyüş dünyadakı mömin və inqilabçı kişilərin ən böyük arzusudur. Sizin təhdidləriniz inqilabçı islam üçün ən yaxşı fürsətdir. İslam öndərləri illərdir ki, bizi böyük və həlledici bir döyüşə hazırlayıblar. Hesab etmirəm ki, sizin ağlı başında olan insanlarınız Amerikanın belə bir həlledici müharibənin bir tərəfində qərar tutmasına və tamamilə gülünc olan hərbi seçimin masa üzərindən icraya qoyulmasına icazə versinlər.
O əlavə edib: Cənab Kerri! Biz bilirik ki, siz dünyanın ən borclu ölkəsisiniz və hamı yaxşı bilir ki, siz öz daxili və iqtisadi problemlərinizi, ABŞ hökumətinin bir neçə həftəliyinə öz fəaliyyətini dayandırmasına səbəb olan iqtisadi məsələləri həll edə bilmirsiniz.
Sepah-ın baş komandanı vurğulayıb: Cənab Keri! Amerika və onun hərbi gücləri bizim mücahid və mömin xalqımızın gözündə xeyli kiçikdir.
İran İslam İnqilabı Keşikçiləri Korpusunun baş komandanı sonda Con Kerriyə xitabən deyib: Ürəyini İslam İnqilabına bağlayan, onun haqlı olduğuna inanan neçə min inqilabçı müsəlmanın olduğundan xəbərin varmı? Onlar bütün dünyada yalnız bunu gözləyirlər ki, siz hərbi seçimi masa üzərindən götürüb, icraya qoyasınız. Əgər bilmirsinizsə, bir az fikirləşin və ya araşdırın. Ya ən azı öz ağıllı qərarınızın intizarında olduğunuz zaman ərzində, bu gülünc və mənasız iddianı dilə gətirməkdən çəkinin.