AzərbaycanXƏBƏRLƏR

Möhsün Səmədov prezidentliyə namizəd olsun-daha 13 min müraciət

Azərbaycan İslam Partiyasının sədri Hacı Möhsün Səmədova prezidentliyə namizəd olmaq üçün müraciətlər ölkə boyu vüsət alır.

Oktyabr ayında keçiriləcək prezident seçkiləri ilə əlaqədar müxtəlif bölgələrdə yaşayan vətəndaşlar-ziyalı, dindar, mömin insanların Azərbaycan İslam Partiyasının sədri Mövhsüm Səmədova etdiyi müraciətə paytaxt Bakının Nərimanov, Xətai və Ysamal rayonundan olan sakinlər də qoşulublar.

Müraciət müəllifləri bildirirlər ki, bu il Azərbaycanda keçiriləcək prezident seçkilərinə “Əxlaqlı seçki və ədalətli hakimiyyət uğrunda hərəkat” adı altında qoşulan İslam Partiyasının çağırışını hamılıqla dəstəkləyirlər .

İndiyə kimi Hacıqabul, Saatlı, Astara, Lənkəran, Yardımlı, Cəlilabad, Biləsuvar, Neftçala, Salyan, Ağstafa, Qazax, Gəncə, Yevlax, Tərtər, Bərdə, Ucar, Quba, Xaçmaz və Şabrandan ümumilikdə 54 minə yaxın imza toplanıb.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu