“Doktrina” Jurnalistlərin Hərbi Araşdırmalar Mərkəzi dövlət müstəqilliyinin təhlükədə olduğunu bildirir

“Doktrina” Jurnalistlərin Hərbi Araşdırmalar Mərkəzi Rusiyadakı hərbi mənbələrə əsaslanaraq bildirib ki, Azərbaycan yaxın 2-3 il ərzində Rusiyadan ən azı 4 milyard dollarlıq silah və hərbi texnika almaq öhdəliyi götürüb!

“Doktrina” Mərkəzi məlumat verib : “Rusiya prezidenti Vladimir Putinin Azərbaycana 13 avqust səfərində hərbi sahəyə aid xeyli məsələ razılaşdırılıb : “Rosoboroneksport”un təmsilçiləri Azərbaycanın müdafiə sənayesi obyektlərinin işində iştirak edəcəklər (təlimçi, layihə ortağı kimi);
– Rusiyanın hərbi sənaye şirkətləri Azərbaycan Silahlı Qüvvələrinin istifadəsində olan silah və hərbi texnikanın təmiri və modernləşdirilməsi prosesində iştirak edəcək;
– Azərbaycan Xəzərdə enerji təhlükəsizliyinin təmin olunması istiqamətində ABŞ və NATO ilə 2011-ci ildən güclənməkdə olan əməkdaşlığını dayandıracaq;
– Xəzərin təhlükəsizliyinin təmin olunması istiqamətində Azərbaycan-Rusiya dialoqu bərpa olunacaq;
– Azərbaycanın Müdafiə Nazirliyi hər il ən azı 100 ölkə vətəndaşını hərbi təhsil almaq üçün Rusiyanın ali hərbi məktəblərinə göndərəcək, yaxın aylarda Rusiyanın bu məsələ ilə bağlı hazırlamaqda olduğu sənəd rəsmi Bakıya təqdim olunacaq.”
Bu məsələlər barədə rəsmi məlumat verilmədiyini vurğulayan “Doktrina” Jurnalistlərin Hərbi Araşdırmalar Mərkəzi direktoru Cəsur Sümərinli deyib : “Rusiya ilə hərbi razılaşmalar nəticəsində Azərbaycan Türkiyə, İsrail və bir sıra ölkələrlə hərbi sahədə texniki əməkdaşlığı, silah və hərbi texnika alışını azalda və ya ümumiyyətlə dayandıra bilər ki, bu da müasir ordu quruculuğu prosesində rəsmi Bakının işini əngəlləyəcək. Ölkə ictimaiyyəti, fəallar, QHT-lər, siyasi partiyalar bu məsələyə ciddi etiraz etməli, Azərbaycanın Rusiya ilə əməkdaşlığının onun milli təhlükəsizliyinə təhdidə çevrilməsinin qarşısını almalıdır”.
Qeyd etmək lazımdir ki, rəsmi Bakının sionist rejim İsrail ilə 1 milyard 600 milyon dollarlıq silah müqaviləsi və eləcədə təhlükəsizlik əməkdaşlığı adı altında Mossad terror təşkilatı ilə əməkdaşlıq edəndə müsəlman Azərbaycan Respublikası xalqı narazı qalsa da ona məhəl qoyulmamışdır.

↑
Mobil sürümden çık