İran İslam Respublikasının ədliyyə naziri prezident seçkilərinin tamamilə sağlam bir atmosferdə keçirildiyini bildirib.
Murtuza Bəxtiyarı bu gün cümə İRNA ilə müsahibədə deyib: Ölkə səviyyəsində seçki məntəqələrinə keçirilən baxışlar əsasında 11-ci prezident seçkiləri və 4-cü bələdiyyə seçkilərinin sağlam atmosferdə keçirildiyini demək olar.
M.Bəxtiyari xalqın seçkilərdəki iştirakını geniş adlandıraraq, deyib: Xalqın seçkilərdəki geniş iştirakı sübut edir ki, xalq İslam Quruluşuna etimad edir və ölkədə mövcud olan problemlərlə quruluşa olan etimad arasında fərq qoyur.c
İranın ədliyyə naziri Seyid Məhəmməd Qərəzi istisna olmaqla bütün prezident seçkiləri namizədlərinin nümayəndələrinin Daxili İşlər Nazirliyinin Seçki Qərargahında iştiraka malik olduqlarından xəbər verərək, deyib: Seçki namizədlərinin nümayəndələri bütün lazımi imkanlarla təmin ediliblər və hər hansı bir seçki məntəqəsində istənilən problemin yaranması ehtimalı zamanı bu imkanlardan istifadə edərək, hadisələrin gedişatını yaxından izləyə bilərlər.
İranda 11-ci prezident seçkiləri və 4-cü bələdiyyə seçkiləri bu gün cümə günü iyun ayının 14-də keçirilməkdədir.