Türkiyənin önəmli məzhəb cəmiyyətlərindən birinin üzvləri qeyri-bərabər davranışlar adlandırdıqları məsələyə etiraz olaraq aksiya keçiriblər.
Bazar günü minlərlə Türkiyə ələvisi İstanbulun Kadıköy məntəqəsində küçələrə axışıb və bu ölkə rəsmiləri tərəfindən ədalətsiz davranışlara son qoyulmasını istəyiblər.
Etirazçılardan biri bildirib ki, Türkiyə Cümhuriyyətinin 90 illik keçmişi vardır. Lakin biz ələvilər hələ də məzhəbi azadlıqdan məhrumuq və elə buna görə bura toplaşmışıq. Biz öz ələvi mədəniyyətimizi azad şəkildə yerinə yetirə bilmirik; azad şəkildə ibadət edə bilmirik. 21-ci əsrdə burada, Türkiyədə hökumət hətta ələviliyi bir məzhəb kimi tanımır.
Bu yürüş zamanı ələvilər “bərabər vətəndaşlıq” kimi şüarlar səsləndirib və demokratik konstitusiyanı tələb ediblər.
Etirazçılar ədalətsizlik qarşısında heç vaxt baş əyməyəcəklərini vurğulayıblar.