İran Ordusunun Dəniz Qüvvələrinin ictimaiyyətlə əlaqələr idarəsi açıqlayıb ki, bir neçə dəqiqə əvvəl naviqasiya sistemlərini söndürərək Hörmüz boğazının şərqindəki qadağan olunmuş ərazidə hərəkət edən qayda pozan neft tankeri dəniz minasına çırılıb. Toqquşma nəticəsində tankerdə yanğın baş verib və gəmi ciddi zərər görüb.
Açıqlamada qeyd olunub ki, bu tanker son 24 saat ərzində Hörmüz boğazının şərqində zərər görən dördüncü neft tankeridir.
İran Ordusunun Dəniz Qüvvələri vurğulayıb: “Hörmüz boğazının təhlükəsizliyi boş sözlər və yalan təbliğatla təmin olunmur. Təhlükəsiz keçid dənizçilik qaydalarına riayət edilməsini və İran İslam Respublikasının Silahlı Qüvvələri ilə koordinasiyanı tələb edir.”
