Dövlət Statistika Komitəsinin baxışınca Azərbaycandakı etniklər

Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi bu ölkə talışlarının sayını 112 min nəfər elan edib. Bu statistikada Azərbaycan Respublikası talışlarının sayı bu ölkə ermənilərinin sayından da az göstərilmişdir.

Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinə istinadla xəbər saytları və Bakı mətbuatında dərc olunan statistikada Azərbaycan Respublikasında azərilərin sayı 9 milyon 172 min 800 nəfər elan olunub. Ondan sonra ləzgilər 180 min 300 nəfərlə ikinci etnik, ermənilər 120 min 300 nəfərlə üçüncü, ruslar 119 min 300 nəfərlə dördüncü etnik elan olunub.

Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin statistikasında 5-ci etnik olaraq 112 min nəfərlə talışlardan sonra, avarlar 49 min 800 nəfər 6-cı etnik, türklər 38 min nəfərlə 7-ci etnik olaraq göstərilmişdir.

Sonrakı yerlərdə tatarlar, tatlar, ukraynalılar, saxurlar, gürcülər, yəhudilər, kürdlər, qırğızlar, udinlər, xınalıqlar Azərbaycan Respublikasının etnik azlıqları olaraq göstərilmişdir.

Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin statistikasında bu ölkədəki yəhudilərin sayı 9 min 100 nəfər elan olunub.

Bundan öncə Azərbaycan Respublikasındakı yəhudi mənbələri bu respublikada 15-30 min yəhudinin olduğunu təlqin etməyə çalışırdılar.

↑
Mobil sürümden çık