İran İslam Respublikası ötən gün (bazar 17 noybar) Rusiyada sərnişin təyyarənin qəzaya uğraması nəticəsində 50 nəfərin həlak olmasından təəssüfləndiyini bildirib.
İranın xarici işlər nazirliyinin sözçüsü xanım Mərziyyə Əfxəm, Rusiya dövləti və xalqına həmin münasibətlə başsağlığı verərək hadisədən zərərçəkən ailələrlə isə həmdərdlik edib.
Ötən gün gönortadan sonra Rusiyaya aid Buing-737 tipli bir sərnişin təyyarəsinin Tataristan Muxtar Respublikasının paytaxtı Qazan şəhərində qəzaya uğraması nəticəsində təyyarənin təqribən 100 nəfərdən ibarət olan ekipajı və müsafirləri həlak olublar.
Həmin halda Rusiya Baş prokurorluq istintaq komitəsinin sözçüsü Vladimir Markin hava şəraitinin pis olduğu, pilotun yanlışlığa yol verməsini və həmin təyyarənin texniki nöqsanlarını bu hadisənin ehtimali səbəbələrindən sayıb.
Tataristan prezidentinin öğlu Rüstəm Minixanov və bu respublikanın Təhülkəsizlik Təşkilatı sədrinin oğlunun həmin hadisədə həlak olanlar sırasında olduğu bildirilir.