“Dünya İran xalqının əzəmətinə hörmətlə yanaşmalıdır”

İran İslam Respublikasının prezidenti bildirib: Dünya əgər İran xalqı ilə müsbət münasibətlər və müştərək mənafeyə malik olmaq istəyirsə, İran xalqının hüququ qarşısında təslim olmalı və İran xalqının əzəməti qarşısında hörmət yolunu seçməlidir.

İran İslam Respublikası prezidenti Həsən Ruhani bu gün Tehranda səhiyyə sahəsində üç nüvə nailiyyətinin təqdimat mərasimində İslam İnqilabının Böyük Rəhbərinin atom silahından istifadənin haram olmasına dair fitvasına toxunaraq əlavə edib: İran dünyaya sübut etdi ki, İran İslam Respublikasının nüvə fəaliyyətləri tamamilə qanunidir və heç bir yayınmaya malik deyil.

“İran sülhməramlı nüvə enerjisi ardıncadır” deyən Ruhani bildirib: Bütün xalqlar beynəlxalq qanunlar qarşısında birdirlər və İran xalqı zəiflik yükünün altına girməyib və girməyəcək.

İran xalqının nüvə texnologiyası sahəsində bir addım belə geri çəkilməyəcəyini qeyd edən İran İslam Respublikasının prezidenti xatırladıb: İranın nüvə elmini əldə etmək üçün gizli fəaliyyət göstərməsi açıq-aşkar yalandır. Çünki əgər gizli fəaliyyət göstərmək istəsəydi, sentrifuqaların satın alınması üçün rəsmi qərb və şərq bazarlarına müraciət etməzdi.

İran İslam Respublikası prezidenti deyib: Təəssüflər olsun ki, qərb dünyası etik və hüquq normalarına zidd açıqlama verir və təbliğ edir. Bu təbliğlər digərlərini qərblə eyni istiqamətə yönəldə bildi və İran xalqı və dövləti üçün bütün beynəlxalq qanunlara zidd olaraq başağrısı yaratdı.

↑
Mobil sürümden çık