İraqXƏBƏRLƏR

İraqın Əl-Ənbar və Neynəva vilayətlərində bir neçə partlayış baş verib

İraqın şərqində yerləşən Əl-Ənbar və şimalında yerləşən Neynəva vilayətlərində yerli şura seçkilərinin keçirilməsi ilə eyni zamanda bir neçə partlayış bu vilayətlərin mərkəzlərini titrədib.

Bu gün cümə axşamı günü səhər Əl-Ənbar və Neynəva vilayətlərində yerli şura seçkilərinin keçirilməsi ilə eyni zamanda Mosulda 9 partlayış baş verib. Əl-Rəmadi şəhərində də ən azı 5 partlayış baş verib.

İraqda siyasi partiyalar və cinahlar, bu ölkə məclisində Əl-Ənbar vilayətinin 30 yeri və Neynəva vilayətinin 39 yerini əldə etmək uğrunda bir-birləri ilə rəqabət aparırlar.

2013-cü ilin aprel ayında İraqın 12 vilayətində vilayət şuraları seçkiləri keçirildi. Bu seçkilərdə İraqın baş naziri Nuri Əl-Malikinin tərəfdarı olan qruplar səslərin əksəriyyətini əldə etdilər. amma Əl-Ənbar və Neynəva vilayətlərindəki seçkiləri bu vilayətlərin təhlükəsizlik vəziyyətlərinə görə təxirə düşdü.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu