Dünyada didərginlərin sayı son 18 ilin ən yüksək miqdarına çatıb

BMT-nin Didərginlər Agentliyi bir hesabat yayaraq, 2012-ci milad ilində dünya əhalisindən 45 milyon 500 min nəfərin müxtəlif ölkələrə sığınmalarından xəbər verib.

Qərb habelə Türkiyə, Ərəbistan və Qətər ölkələrinin müdaxilələrinə görə Suriya böhranının şiddətlənməsi müharibələr vasitəsilə dünyada didərginlər və sığınacaq axtaran şəxslərin sayının 45 milyon 500 min nəfərə yəni son 18 ilin ən yüksək rəqəminə çatmasına səbəb olub.

Bu miqdarda olan didərgin və sığınacaq axtaran 1994-cü ildə Ruanda və sabiq Yuqoslaviyada söyqırımına görə didərginlər və sığınacaq axtaranların sayının gözə çarpacaq miqdarda artmasından bəri ən yüksək miqdardır.

Buna əsasən bu sığınacaq axtaranların 46 faizini 18 yaşdan aşağı olan şəxslər təşkil edirlər ki, müharibəyə məruz qalmış beş ölkə yəni Əfqanıstan, Somali, İraq, Suriya və Sudandandırlar.

Bu hesabatda Qarabağ müharibəsinin bir milyon didərgininə heç bir işarə edilməyib.

↑
Mobil sürümden çık