Tehranda cümə namazını qıldıran Ayətullah İmami Kaşani, İran silahlı birliklərinin məcburi müharibə dövründə göstərdikləri qəhrəmanlığı təqdir etdi.
Tehran cümə namazı xətibi bu gün qıldırdığı cümə namazında oxuduğu xütbələrdə, İran və İraq arasında 1980-1988-ci illər arasındakı zəruri müharibə dövründə İran ordusu və silahlı birliklərinin göstərdikləri qəhrəmanlıq və fədakarlığın təqdirə layiq olduğunu ifadə edərək, onların həqiqətdə İslam torpaqları və İslami dəyərləri beləcə çox yaxşı qoruduqlarını göstərdiyini söylədi .
Ayətullah İmami Kaşani, bu gün İslam dünyası əleyhinə qərbli və Ərəbistanı başda olmaq üzrə bəzi Ərəb rejimlərin komplolarına təmas edərək, ‘Müsəlman millətlər bu sui-qəsdlərə və tələlərə təslim olmamalı və öz mənfəətləri istiqamətində həll yolu bulmalılar və ortaq mövqe izləməlidir “dedi.
Tehran cümə namazı xətibi, bütün Ərəb və İslam ölkələrini də xəbərdar edərək; Səudiyyə rejiminin tekfirci və terrorist qruplara dəstək verərək əslində Amerika və qeyri qanuni sionist İsrailin maraqlarına xidmət etdiyini söylədi.
Ayətullah Kaşani, Vəlayəti Fakih’i, İslam cəmiyyətinin ümid mayası olaraq xarakterizə edərkən, “Vəlayəti fəqih, elmi dəlillərin yanında, ictimai baxımdan da ümid vericidir” dedi.
Tehran cümə namazı imamı, İran və digər İslam ölkələrinin stabillik və əmin-amanlıq içində olmasını arzulaydıqlarını və bunun üçün də İslam ölkələrinin tərəqqi və inkişaf mövzusunda daha çox səy göstərmələri lazım olduğunu söylədi.