İsrail rejiminin təhlükəsizlik xidməti öz əməkdaşlarının təhlükəsizlik sirlərinin ifşa edilməsindən ehtiyat etdiyi üçün, elektron kimlik kartlarından istifadəni qadağan edib.
Sionist Haaretz qəzetinin yazdığına görə, sionist rejimin casusluq orqanları öz agentlərinə göstəriş veriblər ki, elektron kimlik kartları almaqdan imtina etsinlər. Çünki, hər an elektron kartlara sızaraq, şəxsi məlumatlarının ifşa edilməsi təhlükəsi mövcuddur.
Son zamanlar beynəlxalq xakerlər qrupu Anonimos bir video mesaj yayımlayaraq bildirib ki, sionist rejimin bəşəriyyət əleyhinə cinayətlərinə reaksiya olaraq, iki min on dördüncü ilin yeddi aprelində bu rejimin internet üzərində mövcud olan elektron saytlarını kiber hücuma məruz qoyacaq.
Anonimos xakerlər qrupu əsasən Malayziya, Ərəbistan, Mərakeş, Türkiyə, Balkan ölkələri və Tunisdən olan xakerlər tərəfindən təşkil edilib.