
Azərbaycan tarixi və məşhur şəxsiyyətləri mövzusunda toxunmuş dünyanın ən iri xalça-tablosunun təqdimat mərasimi Vəli-Fəqihin Şərqi Azərbaycan üzrə nümayəndəsinin iştirakı ilə keçirilib.
Dünyanın ən iri xalça-tablosu olan bu əsər özünəməxsusluğu ilə seçilir və Təbriz meriyasının sifarişi ilə toxunub. Təqdimat mərasiminin ardınca bu xalça-tablo Təbriz muzeyində ictimaiyyətə açıq məkanda nümayiş etdirilib.
Azərbaycan tarixi və məşhur şəxsiyyətlərini özündə əks etdirən bu xalça-tablonun ümumi sahəsi 22 kvadratmetrdir. Bu xalçanı 3 mahir xalça ustası birlikdə toxuyub. Xalçanın toxunması üçün 30% ipək və 70% yun sapdan istifadə edilib. 7 metr uzunluğu və 5.20 metr eni olan xalçanın toxunması üçün ümumilikdə 11 milyon türk ilməsi vurulub.
Xalçanın sağ tərəfindən İmam Xomeyni(r.ə), sol tərəfində isə İslam İnqilabının Böyük Rəhbərinin şəkilləri yer alır.
Xalçada Əllamə Əbdül Hüseyn Əmini, Əllamə Seyid Məhəmməd Hüseyn Təbatəbayi, Əllamə Məhəmməd Təqi Cəfəri, Ayətullah Şəhid Mədəni, Ayətullah Şəhid Qazı Təbatəbayi, Seyid Əli Ağa Qazı, Ustad Şəhriyar, Pərvin Etisami, Şəhid Mehdi Bakiri, Həsən Şəfizadə, Şeyx Məhəmməd Xiyabani, Siqətül-İslam, Səttarxan, Bağırxan, Cabbar Bağçaban və Mirzə Həsən Rəşdiyənin şəkilləri də yer alır.
