Dünyanın nüvə qüdrətləri tərki-silah yerinə yeni silahlar istehsal etmək ardıncadırlar

Stokholm Beynəlxalq Sülh Tədqiqat Mərkəzi SİPRİ bir hesabat yayaraq, bildiribdir ki, dünyanın beş nüvə qüdrəti tərki-silah yolunu izləmək yerinə, yeni nüvə silahları istehsal etmək ardıncadırlar.

Bu müəssisə belə əlavə edib: Nüvə Silahlarının Yayılmasını Qadağan edən Pakt tərəfindən dünyanın atom qüdrətləri kimi rəsmən tanınan Amerika, İngiltərə, Fransa, Rusiya və Çinin özlərinin nüvə cəbbəxanalarını əbədi olaraq saxlamaq niyyətində olduqları görünür.

Nüvə Silahlarının Yayılmasını Qadağan Edən Pakt başqa ölkələrin nüvə silahlarına yiyələnməsinin qarşısını almaqdan əlavə, dünyanın beş nüvə qüdrətinin tərki-silah edilməsini istəyir. Amma Nüvə Silahlarının Yayılmasını Qadağan edən Paktı imzalayan qüdrətlər, həmişə birinci hissəyə təkid edirlər.

SİPRİ-nin hesabatında sionist rejim, Hindistan və Pakistanın nüvə silahlarına malik olan 3 ölkə kimi adları çəkilərək, belə bildirilib: Bu 8 ölkə bütövlükdə 17 min, 265 atom silahına malikdirlər ki, onlardan dörd min dörd yüzü əməliyyat mərhələsindədir və təqribən 2 mini də xəbərdarlıq əməliyyatı vəziyyətindədirlər. Az ümid mövcuddur ki, nüvə silahlarına malik olan ölkələr həqiqi formada tərki-silah ardınca olsunlar. əksinə onlar özlərinin nüvə silahlarını daha da modernləşdirmək və bu haqda uzunmüddətli proqramlar həyata keçirmək ardıncadırlar.
SİPRİ sionist rejimin nüvə silahları sayının təqribən 80 ədəd olduğunu təxmin edibdir ki, onlardan 50-si orta-mənzilli ballistik , 30-u isə təyyarə ilə daşına bilən bombalardır. “İsrail həmçinin mümkündür ki, artilleriya mərmiləri və digər atom silah sursatı kimi qeyri-strateji nüvə silahları da istehsal etmiş olsun”.

↑
Mobil sürümden çık