DünyaXƏBƏRLƏR

ABŞ BMT Əsasnaməsi ilə ziddiyyətli addımlar atır

Pakistanın Pişavər Məhkəməsi, Amerikanın pilotsuz təyyarələrinin Pakistana hücumlarının BMT Əsasnaməsi ilə ziddiyyətdə olduğunu bildirib.

İRNA-nın verdiyi məlumata görə Pakistanın Pişavər şəhərinin məhkəməsi Amerikanın pilotsuz təyyarələrinin Pakistanın qəbiləvi məntəqələrinə hava və raket hücumlarının BMT Əsasnaməsi ilə ziddiyyətdə olduğunu bildirərək, bu ölkənin Xarici İşlər Nazirliyindən istəyibdir ki, BMT-də bu hücumlar əleyhinə qeyd edilən təşkilatın üzvlərinə bir bəyanat təqdim etsin.

Pakistanın şimal-qərbində yerləşən Xeybər-Paxtunxah əyalətinin mərkəzi olan Pişavər şəhərinin ali məhkəməsinin sədri Qazi Dust-Məhəmmədxan məhkəmə iclasında vurğulayıbdır ki, Amerikanın pilotsuz təyyarələrinin hava və raket hücumları qeyri-qanuni və qeyri-insanidir və bu hücumlar Pakistanın qəbiləvi məntəqələrində mülkilərin qırğın edilmələrinə və bir çox xəsarətlərə səbəb olur.

Bu məlumata əsasən bu hücumlar 2004-cü ildən Amerikanın Mərkəzi Kəşfiyyat İdarəsi MKİ tərəfindən Pakistanda başlanıldı və indiyə qədər minlərlə nəfərin qurban getməsinə səbəb olub.

Bu hücumlar Barak Obamanın prezidentliyi zamanından gözə çarpacaq miqdarda artıbdır.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu