BəhreynDünyaXƏBƏRLƏR

Bəhreynlilər Ali-Xəlifənin repressiyalarına etiraz etdilər

Yüzlərlə bəhreynli Ali-Xəlifə rejimi hərbçilərinin repressiv hərəkətlərinə etiraz əlaməti olaraq aksiyalar keçirib.

Bəhreyn xalqı çərşənbə axşamı günü gecə Ali-Xəlifə rejiminin zorakılıqlarına qarşı öz etirazlarının davamında bu ölkənin müxtəlif bölgələrində aksiya keçirib və siyasi məhbusların azad olunmasını tələb edib.

Ali-Xəlifə rejiminin təhlükəsizlik qüvvələri ötən gün səhər Hüseyn (ə) ərbəini əzadarlıq mərasimini repressiya etmək çərçivəsində Ali kəndinin meydanlarından birində bir aşura simvolunu oğurlayıblar.

Ali-Xəlifə rejimi qüvvələri Aşura günü matəm mərasimində də əl-Cəfir kəndində “Xilas gəmisi” simvolunu dağıtmışdılar.

Bəhreyn vətəndaşları ötən bazar ertəsi günü bu ölkənin müxtəlif bölgələri, o cümlədən Sətrə, Kərzkan və əl-Biladda aksiyalar keçirərək səudiyyəli işğalçıların ölkələrindən çıxarılmasını tələb etmişdilər.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu