Əfqanıstan Daxili İşlər Nazirliyi Kunar vilayətinin mərkəzi Əsədabad şəhərində, məktəbin yaxınlığında yerləşən mədən şirkətlərinə məxsus partlayıcı maddələr anbarında baş verən partlayışın bu maddələrin saxlanılmasında səhlənkarlıq və ehtiyatsızlıq nəticəsində baş verdiyini açıqlayıb.
Əfqanıstan Daxili İşlər Nazirliyinin sözçüsü Əbdülmətin Qane bildirib ki, hadisənin digər aspektləri və təfərrüatlarının aydınlaşdırılması üçün araşdırmalar davam edir. Onun sözlərinə görə, partlayış nəticəsində 10 nəfər həlak olub, 110-dan çox insan isə yaralanıb.
