Əfqanıstanın sənaye və ticarət nazirinin müavini Əhmədullah Zahid Hindistan hökumətinin rəsmi dəvəti ilə ticarət nümayəndə heyətinin başçısı olaraq bu ölkəyə səfər edib.
Əfqanıstan Sənaye və Ticarət Nazirliyi açıqlayıb ki, Zahid səfər çərçivəsində Hindistan Beynəlxalq Sərgisində iştirak edəcək, hindistanlı rəsmilər və investorlarla ticarət əlaqələrinin genişləndirilməsi, həmçinin birgə investisiya imkanları barədə müzakirələr aparacaq. Nazirliyin məlumatına görə, Əfqanıstan ilə Hindistan arasında ötən günəş ilində ticarət dövriyyəsi təxminən 890 milyon dollar təşkil edib.
