Əfqanıstan Təhsil Nazirliyi UNESCO və UNICEF-in uşaqların 53 faizinin ibtidai təhsildən məhrum olması barədə hesabatını rədd edərək, bu göstəricini qeyri-real adlandırıb.
Əfqanıstan Təhsil Nazirliyi açıqlayıb ki, 1405-ci təhsil ilində 7.6 milyondan çox şagird məktəblərdə, 2.4 milyon tələbə isə dini məktəblərdə təhsil alır. Nazirlik iki beynəlxalq təşkilatdan qeyd olunan statistikanın hesablanması üçün əsasları açıqlamağı istəyib.
