Asiya

Əfqanıstan və Çin metro və şəhər nəqliyyatının inkişafını müzakirə etdilər

Əfqanıstan və Çin metro və şəhər nəqliyyatının inkişafını müzakirə etdilər

Əfqanıstan Dövlət Avtobus Şirkətinin icraçı rəhbəri Çinə səfəri zamanı “AİPYU” şirkətinin rəsmiləri ilə müasir avtobusların istehsalı və alınması, metro və sürətli avtobus sisteminin inkişafı məsələlərini müzakirə edib.

Əfqanıstan Dövlət Şirkətləri Baş İdarəsinin açıqlamasına görə, danışıqlar ictimai nəqliyyat infrastrukturunun inkişafı və şəhər xidmətlərinin yaxşılaşdırılması sahəsində əməkdaşlıq imkanlarının araşdırılması məqsədilə keçirilib.