Əfqanıstanın ticarət nümayəndə heyəti Hindistanın 45-ci Beynəlxalq Ticarət Sərgisi çərçivəsində bu ölkənin Ticarət və Sənaye Palataları Federasiyasının rəsmiləri ilə görüşüb. Görüşdə iqtisadi əlaqələrin inkişafı, ticarətin asanlaşdırılması və birgə investisiyaların artırılması məsələləri müzakirə olunub.
Həmçinin tərəflər tranzit əməkdaşlığının genişləndirilməsi, Hindistan limanlarının imkanlarından istifadə, alternativ daşınma marşrutlarının yaradılması və Əfqanıstanın kənd təsərrüfatı məhsullarının, xüsusilə zəfəran və quru meyvələrin ixracının artırılması yollarını nəzərdən keçiriblər.



