Asiya

Əfqanıstanın Nimruz vilayətində 78 kiloqram tiryək aşkarlandı, iki nəfər saxlanıldı

Əfqanıstanın Nimruz vilayətində 78 kiloqram tiryək aşkarlandı, iki nəfər saxlanıldı

Əfqanıstanın Nimruz vilayətinin Polis Komandanlığı Helmand vilayətindən Nimruza 78 kiloqram tiryək keçirməkdə şübhəli bilinən bir nəfərin saxlanıldığını açıqlayıb.

Komandanlığın sözçüsü Gül Məhəmməd Qüdrət həmçinin iki ədəd tapança və 8 güllə ilə birlikdə bir nəfərin saxlanıldığını, yaşayış evlərindən birində isə 8 karton dərman aşkarlandığını bildirib. Onun sözlərinə görə, müsadirə edilən əşyalar Xaşrud rayonunun Polis Komandanlığına təhvil verilib.