İranXƏBƏRLƏR

Laricani: Amerika müzakirə məsələsini ortaya atmaqla yeni avantüra ardıncadır

İranın İslam Şurası Məclisinin sədri deyib: “ Amerika rəsmilərinin İranla müzakirə məsələsini ortaya atmaq üzrə son rəftarları və sözləri göstərir ki, onlar yeni avantüra ardıncadırlar”.

Səhər Telekanalı Saytının verdiyi məlumata görə Əli Laricani sonra deyib: “ Amerikanlar çoxlu problemlərlə üzləşdiklərinə görə Əfqanıstanı tərki etmək və bir təhər Fələstin məsələsini guya həll etmək istəyirlər. Bu da onların daha mühüm yerləri hədəf tutduqlarını və bu hədəflərdən birinin də həmən İran olduğunu göstərir”.

İranın İslam Şurası Məclisinin sədri həmçinin deyib: “ Amerikanlar öz düşüncələrində dünya üçün yeni bir plan hazırlayıblar. Bu planda ən mühüm hədəflərindən biri İranla qarşılaşmaqdır. Çünki regionda İranın müqavimət göstərməsi onlar üçün baha başa gəlibdir”.

İranla müzakirə mövzusunda ABŞ-ın son rəftarlarının aldadıcı hərəkətlər olduğunu habelə bəzi sadə-düşüncəli insanların fikrini qarışdırmaq və onları zəiflətmək məqsədilə həyata keçirilməsini bildirərək, sonra deyib: “ Əlbəttə həqiqət budur ki, onlar belə bir məsələləri ortaya atmaqla heç bir nəticə və mənfəət əldə edə bilməyəcəklər”.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu