Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov Azərbaycanda səfərdə olan Sovet Yəhudiləri üzrə Milli Komitənin üzvləri ilə görüşündə rəsmi Bakı ilə sionist rejimin əlaqələrini yüksək qiymətləndirib.
İşqal olunmuş Fələstində sionist rejim İsrail rəsmiləri ilə danışıqlarından söz açan Elmar Məmmədyarov Azərbaycan barəsində də yəhudi-sionist təşkilatın üzvlərinə məlumat verib.
Sovet Yəhudiləri üzrə Milli Komitənin prezidenti Smukler Aleksander və icraçı direktor Levin Mark Azərbaycanın tolerant ölkə kimi dünyada tanındığını, Yəhudi icması ilə “səmərəli əməkdaşlıq” qurulduğunu yüksək qiymətləndirdiklərini diqqətə çatdırıb.