Rusiya rəsmiləri bu ölkədə baş verən son terror aktları ilə əlaqədar 150 nəfərin həbs edilməsindən xəbər veriblər.
Rusiya Daxili İşlər Nazirliyi cümə axşamı günü 150 nəfərin həbs edilməsi xəbərini təsdiq edərək, bildirib ki, saxlanılan şəxslər əsasən Mərkəzi Asiya və Şimali Qafqaz ölkələrindən gəlmiş mühacirlərdirlər ki, Volqoqrad partlayışları ilə əlaqədar həbs olunublar.
Rusiyanın Daxili İşlər Nazirliyi öz bəyanatında həmçinin bildirib ki, bu cinayət işi ilə bağlı bir nömrəli müttəhimi həbs etmək niyyətindədir.
Bazar və bazar ertəsi günləri Volqoqradda baş verən terror aktlarında 34 nəfər həlak olmuş, 60-dan çox insan isə yaralanmışdı.