Site icon İslami Dəvət

Əmirxan Müttəqi: Heç bir ölkə iradəsini Əfqanıstana qəbul etdirə bilməz

Əmirxan Müttəqi: Heç bir ölkə iradəsini Əfqanıstana qəbul etdirə bilməz

Talibanın xarici işlər naziri Əmirxan Müttəqi Pakistanın Əfqanıstana qarşı siyasətini “uğursuz və məntiqsiz” adlandıraraq, Kabilin danışıqlar aparmaq və gərginliyə son qoymaq istədiyini, lakin İslamabadın danışıqların irəliləməsinə mane olduğunu bildirib.

Müttəqi “Ariana Nyus” telekanalına müsahibəsində Pakistan Talibanı Hərəkatı üzvlərinin Əfqanıstan ərazisində olması ilə bağlı ittihamları rədd edib və İslamabadı siyasətinə yenidən baxmağa çağırıb. O, Əfqanıstanın 40 diplomatik nümayəndəliyinin fəaliyyət göstərdiyini qeyd edərək, Kabilin ABŞ ilə müsbət münasibətlər qurmaq istəyini vurğulayıb.

Həmçinin Talibanın xarici işlər naziri ABŞ qüvvələrindən qalan silahların Əfqanıstana məxsus olduğunu və ölkənin müdafiəsi üçün istifadə edildiyini deyib. Qadınların vəziyyətinə toxunan Müttəqi onların təhsil almasının cinayət olmadığını, lakin qadınların kabinetdə yer almamasının bu qrupun siyasətinin bir hissəsi olduğunu bildirib.

Müttəqi bütün Əfqanıstanın Talibanın nəzarəti altında olduğunu və müxalif qrupların ölkədə fiziki iştirakının olmadığını da bildirib. O, DAİŞ terror dəstəsinin fəaliyyəti ilə bağlı narahatlıqları əsassız adlandırıb.

Exit mobile version