İranın İslam Şurası Məclisinin sədri, İran İslam Respublikasının Livanın himayəsini davam etdirməsinə təkid edərək, deyib: İran Livan dövləti və xalqını himayəni davam etdirməkdə heç bir şübhəyə malik deyil və Livanın İslami Müqavimətini regionun sabitliyi və dincliyi üçün əsas mərkəzlərdən olduğu qənaətindədir.
Əli Laricani Livanın xarici işlər naziri Ədnan Mənsurla görüşdə sonra deyib: Regionda sabitlik və dincliyin olmaması müsəlmanlar və İslam ölkələrinin ziyanınadır və məntəqədən kənar ölkələr yaxud başqa ölkələrin regionu çoxlu ziyanlarla üzləşdirmələrinə icazə verilməməlidir.
Bu görüşün davamında Livanın xarici işlər naziri Cənab Ədnan Mənsur da İran xalqının və dövlətinin, Livan xalqı xüsusilə İslami Müqaviməti himayə etmələrinə görə təşəkkürünü bildirərək, deyib: Livan xalqı, İran İslam Respublikasını qardaş ölkə və həmişə öz kənarında olan ölkə bilir ki, daim müxtəlif problemlərdə Livan xalqının yardımına çatıbdır.