Sionist rejim hərbçiləri İordan çayının qərb sahilində 10 fələstinlini həbs ediblər.
Fələstin qaynaqları bildiriblər ki, işğalçı hərbçilər Beyt ləhm, Cənin, Əlxəlil və Nablos şəhərlərinə hücum edərək əhalinin evlərinə atəş açıblar və 10 fələstinlini oğurlayıblar.
Sionist rejim ordusu əsassız bəhanələrlə vaxtaşırı olaraq İordan çayının qərb sahilində fələstinlilərin evlərinə hücum edir və onları həbs edir. İsrail ordusu dünən gecə Qəlqiliyyə şəhərinin yaxınlığında da fələstinlilərə atəş açaraq iki gənci yaralayıblar.
