Mareb Pressə xəbərinə görə Ensarullah Hərəkatı sözçüsü Məhəmməd Abdusselam, Yəməndəki problemin bəzilərinin hökumətə geri gətirilməsi deyil, Səudiyyə hərbi müdaxiləsi ilə dayandırılmış dialoq prosesinin yenidən başlatılmasıyla həll edilə biləcəyini söylədi.
Yəməndə keçid müddəti üçün milli birlik hökuməti qurulmasını dəstəklədiklərini ifadə edən Məhəmməd Abdusselam, bunun reallaşmamasının şiddət və xaosun davam edəcəyi mənasını gəldiyini söylədi.
Səudiyyə Ərəbistanının dəstəklədiyi Mansur Hadi hökumətinin Ensarullah Hərəkatının müzakirələrin başlaması üçün BMT Yəmən xüsusi nümayəndəsi İsmayıl Vələd Şeyxin 5 maddədən ibarət şərtlərini qəbul etdiyinə dair açıqlamasını yalan hesab Məhəmməd Abdusselam, “Biz bu təklifləri qəbul etmədik, bunlar İsmail Vələd Şeyxin öz sözləridir “dedi.
Ensarullah Hərəkatı sözçüsü Məhəmməd Abdusselam, müzakirələr üçün özlərinə heç bir şəffaf iş təqvimi sunulmadığını ifadə edərək, atəşkəs mövzusunda da açıq bir planın olmadığını söylədi.
Məhəmməd Abdusselam son olaraq “sülh üçün bir iradə yoxsa Küveytdəki müzakirələrin nəticəsi da eynilə Cenevrə kimi olur” dedi.
Yəməndəki sülh müzakirələrinin 18 Apreldə Küveytdə başlaması gözlənilir.