İranXƏBƏRLƏR

İran və Almaniya xarici işlər nazirləri telefon danışığında məsləhətləşmə aparıblar

İran və Almaniya xarici işlər nazirləri iki ölkənin ikitərəfli və neçə tərəfli müxtəlif sahələrdə əməkdaşlıqlarının genişləndirilməsinin vacibliyini vurğulayıblar.

Məhəmməd Cavad Zərif və Gido Vestervelle cümə günü telefon söhbətində beynəlxalq prosesləri araşdırmaqla yanaşı İran və qərb arasında nüvə danışıqlarının davam etməsi və iki tərəfi qane edən nəticənin əldə olunması üçün bu sahədə münasibətlər səviyyəsinin yüksəldilməsi barəsində məsləhətləşmə aparıblar.

İranın xarici işlər naziri bu telefon danışığında Misirin son proseslərindən nigaranlığını bildirərək və bu ölkədə vətəndaş müharibəsinin baş verməsi barəsində xəbərdarlıq edərək toqquşma tərəfdarlarının səbirli olmalarının zəruriliyini vurğulayıb.

Almaniya xarici işlər naziri Gido Vestervelle də İran İslam Respublikası xarici işlər naziri vəzifəsinə təyin olunması münasibəti ilə Zərifi təbrik edib və ona uğurlar arzulayıb.

Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu da bu gün Məhəmməd Cavad Zəriflə telefon söhbətində İran xarici işlər naziri vəzifəsinə təyin olunması münasibəti ilə onu təbrik edib və ölkəsinə səfər etməyə dəvət edib.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu